Xəzər Xəbər

Ramin Bayramlı: İki həftədən sonra vətəndaşların vaksinasiyası başlayacaq

Gündəm | 18:25 • 22 Yanvar 2021
Ramin Bayramlı: İki həftədən sonra vətəndaşların vaksinasiyası başlayacaq

"Qarşıdakı iki həftə ərzində tibbi işçilərimizin vaksin olunması prosesi başa çatacaq”.

XəzərXəbər "oxu.az”a istinadən xəbər verir ki, bunu "Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olacaqlar:

"Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək.

İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan aktiv xəstələrin sayının azalmasına nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir”.

Xəbər lenti