Xəzər Xəbər

Fransanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Gündəm | 13:13 • 20 Yanvar 2021
Fransanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 Yanvar faciəsi haqqında paylaşım edib.

Xezerxeber.az-ın məlumatına görə, səfir öz "Twitter” səhifəsində sovet qoşunlarının Bakıda dinc əhalini qətlə yetirdiyini vurğulayıb.

"1990-cı ilin bu günü Sovet qoşunları Bakıda kütləyə atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafda olan insanlar öldürüldü. İki ildən az müddət sonra Azərbaycan müstəqilliyini elan etdi”,-deyə səfir qeyd edib.

Xəbər lenti