Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Baş katib: Torpaqların azad edilməsi türk dünyasının böyük zəfəridir

Gündəm | 128 | 17:33, 19 Yanvar
Baş katib: Torpaqların azad edilməsi türk dünyasının böyük zəfəridir

"Azərbaycan torpaqlarının azad edilməsi, sadəcə, Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının böyük zəfəridir. Bu zəfər daim yanınızda olan türk xalqlarını çox sevindirmiş və qürurlandırmışdır”.


Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda qəbulunda olarkən deyib.


"Həqiqətən, dünən biz işğaldan azad edilmiş ərazilərdə olduq, praktiki olaraq, tamamilə dağıdılmış obyektləri öz gözlərimizlə gördük. Əlbəttə, bu dağıntıların mənzərəsi olduqca təəssüf doğurur. Mən mətbuat nümayəndələri ilə görüşüm zamanı demişəm ki, bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar və çox tezliklə bu torpaqları, Füzulinin çiçəklənən torpaqlarını, şanlı Ağdam torpağını və azad olunmuş digər əraziləri bərpa edəcəklər. Bu yerlərin əvvəlki şöhrəti, əvvəlki zəngin siması çox tezliklə bərpa olunacaq”, - Baş katib vurğulayıb.

Çox oxunanlar