Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb

Gündəm | 313 | 13:09, 19 Yanvar
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb

"Bu gün ərzində ölkə ərazisində Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılı hava müşahidə edilir”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, saat 12-yə olan məlumata görə, gecə saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün yaranmasına səbəb olub: "Ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib. Burada qar 40 sm-dən artıq olub. Şəki, Gədəbəy, Göygül, Daşkəsən, Oğuz, Şəki, Quba, Altıağac, Ordubad, Qəbələ, Qusarda qar örtüyünün hündürlüyü 2 sm-dən 15 sm-dək müşahidə edilib. Gün ərzində respublikanın əksər rayonlarında yağıntılar davam edəcək və axşama doğru, ayın 20-də, hətta respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır”.


U.Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir: "Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır”.

Çox oxunanlar