Xəzər Xəbər

Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manat olacaq

Gündəm | 12:33 • 19 Yanvar 2021
Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manat olacaq

Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu müəyyənləşib.


APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.


Fərmana əsasən, Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.


Qarabağ Dirçəliş Fondunun həmçinin filialları və nümayəndəlikləri olacaq.


Fondun strukturuna Qarabağ Dirçəliş Fondunun Aparatı və Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri daxildir.

Xəbər lenti