Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

“Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”

Gündəm | 391 | 12:33 • 18 Yanvar 2021
“Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”

Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələrdən biridir. Çalışdıq ki, mövcud vaksinlərin ən təhlükəsizini seçək və əhaliyə tətbiq edək. Düşünürəm ki, qısa zamanda bunun təsirini də görəcəyik və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq.


Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.


Z.Əliyev bildirib ki, vaksin strategiyasına görə ilk olaraq tibb işçiləri vaksinasiyadan keçməlidirlər: "Bu gündən prosesə başlanılıb. Ümid edirəm ki, proses xalqımız və vətənimiz üçün uğurlu olacaq".



Çox oxunanlar