Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov bildirib ki, vətəndaşların gediş-gəlişini asnlaşdırmaq və onların rahatlığını təmin etmək üçün komissiyanın nəzdində əlavə olaraq iki səyyar qrupun yaradılmasıma qərar
verilib. Onun sözlərinə görə, yanvar ayının 18-dən etirabərn Pirəkəşkül qəsəbəsində və Gəncə şəhərində
yerləşən hərbi hissələrdə də səyyar qrupar fəaliyyət göstərəcəklər. Beləliklə,
bazar günü istisna olmaqla, səhər saat 9:00-dan 18:00-dək Respublika üzrə dörd
istiqamətdə vətəndaşların müraciətləri dinləniləcək.
Qeyd edək ki, indiyə kimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Füzuli rayonu ərazisində komissiyalar fəaliyyət göstərirdi.