Xəzər Xəbər

MN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur

Gündəm | 12:14 • 17 Yanvar 2021
 MN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyaya "veteran adı” və yaxud "veteran kitabçası"nın verilməsi səlahiyyəti verilməyib.


Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.


"Komissiyanın "veteren adı" və kitabçasının verilməsi səlahiyyəti yoxdur. Buna görə də vətəndaşlardan xahiş edirik ki, komissiyaya bu məsələ ilə əlaqədar müraciət etməsinlər",- deyə A.Eyvazov qeyd edib. 

Xəbər lenti