Xəzər Xəbər

Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb

Gündəm | 12:05 • 17 Yanvar 2021
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir. Bu günə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 1751, Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə 202 nəfər qəbul edilib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.


Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. 


O bildirib ki, müraciət edən vətəndaşlar arasında komissiyaya könüllü şəkildə kömək göstərmək istəyənlər də olub: "Müraciət edən bəzi vətəndaşlar komissiyaya könüllü şəkildə kömək göstərmək və vətəndaşlara xidmət etmək istədiklərini bildiriblər. Bu müraciətlər tərəfimizdən müsbət qarşılanıb. Artıq onlar müraciət edən vətəndaşlara xidmət göstərməyə başlayıblar". 



Xəbər lenti