Xəzər Xəbər

Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi

Gündəm | 11:34 • 16 Yanvar 2021
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi

Dünyanın və ölkənin pandemiyada uğur qazanması üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu göstəricilərin bir hissəsi yoluxub sağalmış, digər hissəsi isə peyvənd olunmuş şəxslərdə formalaşır:


"Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil".

Xəbər lenti