Xəzər Xəbər

Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqladı

Gündəm | 11:23 • 16 Yanvar 2021
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqladı

"Pandemiyanın ikinci dalğasının aşağı hissəsindəyik. Bu proses ümid edirik ki, bir neçə həftə davam edəcək və ondan sonra sabitləşəcək".


Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.


O qeyd edib ki, sonrakı mərhələdə yenə də yoluxmaların sayının artması mümkün ola bilər: "Bunun qarşısını almaq üçün vaksinasiyadan istifadə ilə mümkün ola bilər. Brifinqin ikinci hissəsində vaksinasiya barədə danışılacaq. Yoluxma əmsalının 31 %-dən 5%-ə enməsi bizə imkan verdi ki, karantin rejimində yumşalmaya gedək".

Xəbər lenti