Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Zəfər muzeyi burda olacaq: Texnikalar əraziyə gətirildi

Gündəm | 196 | 16:07 • 15 Yanvar 2021
Zəfər muzeyi burda olacaq:

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.


XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək.


Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan boş ərazidə yeni park salınır ki, muzey və kompleks də həmin parkda qurulacaq. Artıq bir neçə gündür ki, işlərə start verilib və Vətən müharibəsində ələ keçirilmiş düşmənin hərbi texnikaları əraziyə gətirilib.


İlkin ehtimallara görə, hərbi texnikalar açıq havada Bakı sakinləri və qonaqlar üçün nümayiş olunacaq.


Xatırladaq ki, dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.


Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Çox oxunanlar

Neftin bahalaşması davam edir
135 | 10:10 • 14 Aprel 2021