Bakı 3 ℃
Xəzər Xəbər
USD 1.7

Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarılıb

Gündəm | 395 | 12:37 • 15 Yanvar 2021
 Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarılıb

Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb.


Xezerxeber.az-ın məlumatına görə, "Güllələnmiş heykəllər” Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Şuşaya aparılıb.


Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib.


Qeyd edək ki, heykəllər işğaldan sonra Bakıya gətirilmişdi.

Çox oxunanlar