Xəzər Xəbər

Müraciət olmadan 59 mindən çox əcnəbinin Azərbaycanda yaşaması leqallaşdırılıb

Gündəm | 11:43 • 14 Yanvar 2021
Müraciət olmadan 59 mindən çox əcnəbinin Azərbaycanda yaşaması leqallaşdırılıb

Ötən il Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyəti bir neçə istiqaməti əhatə edib. DMX tərəfindən pandemiya dövründə əlavə müraciət olmadan 59 min 963 əcnəbinin ölkədə yaşaması leqallaşdırılıb. Onlardan 25 min 385 nəfəri Gürcüstan, 23 min 583 nəfəri Rusiya, 3626 nəfəri Türkiyə, 1736 nəfəri Ukrayna, 835 nəfəri Pakistan, 4795 nəfəri isə digər ölkələrin vətəndaşıdır.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair yanvarın 14-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

Ötən il miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr barədə məlumat verən Xidmət rəisi bildirib ki, 2020-ci il ölkəmizin tarixində Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə yadda qaldı: "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə ölkəmizin sürətli inkişafı üçün güclü zəmin yaradır. Biz də fəaliyyətimizi bu istiqamətdə daha da inkişaf etdirəcəyik".

Xəbər lenti