Xəzər Xəbər

Bakıda daha iki tibb işçisi koronavirusdan ölüb - Foto

Gündəm | 11:40 • 11 Dekabr 2020
Bakıda daha iki tibb işçisi koronavirusdan ölüb -

Azərbaycanda daha iki həkim koronovirusdan həyatını itirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi (TƏBİB) məlumat yayıb.

"8 saylı Şəhər Poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi.

Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər”, - deyə məlumatda qeyd olunub.

Sevinc 


Xəbər lenti