Bakı 15 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda daha iki Ordu Korpusu yaradıldı

Gündəm | 425 | 11:33 • 11 Dekabr 2020
Azərbaycanda daha iki Ordu Korpusu yaradıldı

"İndiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının dörd Ordu Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarət olduğu məlum idi”.

Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, qismən səfərbərliklə yeni şəxsi heyətin ordu sıralarına cəlb edilməsi yeni ordu korpuslarının yaradılmasına imkan verib:

"Dünən Bakıda Azərbaycan ordusunun Qarabağda uğurlu döyüş əməliyyatları nəticəsində ərazilərimizin işğaldan azad edilməsinə həsr olunanZəfər Paradının keçirilməsi ilə və Azərbaycanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində bəzi dəyişikliklərin olduğu diqqətimizi cəlb etdi. Belə ki, paradda iştirak edən şəxsi heyətin keçidi zamanı V və VI Ordu Korpuslarının şəxsi heyətinin də iştirakı Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində əvvəl mövcud olan ordu korpuslarına iki yeni ordu korpusunun da əlavə edildiyini göstərdi.

İki yeni ordu korpusunun yaradılması üçün imkanın, Azərbaycanda elan olunan qismən səfərbərlik nəticəsində mümkün olduğu göz qabağındadır. Azərbaycanın uzun müddət müharibəyə hazırlaşması, əlavə silah, texnika, sursat əldə edərək ehtiyatları artırması, yeni şəxsi heyətin qismən səfərbərliklə cəlb edilməsi ilə yeni ordu korpuslarının yaradılmasına da imkan verib. Beləliklə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibi 6 Ümumqoşun Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarətdir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həm sayının, həm silah və texnika potensialının artması ilə nəticələnib”. (milli.az)


Sevinc 

Çox oxunanlar

Bu gün hava necə olacaq?
57 | 09:05 • 13 Aprel 2021