Xəzər Xəbər

Beş şəhər və 12 rayona giriş-çıxış dayandırılır - Rəsmi

Gündəm | 14:37 • 8 Dekabr 2020
Beş şəhər və 12 rayona giriş-çıxış dayandırılır -

Beş şəhər və 12 rayona giriş-çıxış dayandırılır. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilir ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.


Sevinc 

Xəbər lenti