Xəzər Xəbər

Zakir Həsənov TƏBİB-in əməkdaşlarını təltif edib - Foto

Gündəm | 14:30 • 8 Dekabr 2020
Zakir Həsənov TƏBİB-in əməkdaşlarını təltif edib -

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev və TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyevanı təltif edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, onlar döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz təmin olunmasına, yaralılara tibbi yardımın təşkilinə, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla layiqli təminatına töhfə verdiklərinə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Sevinc 

Xəbər lenti