Xəzər Xəbər

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Gündəm | 11:56 • 3 Dekabr 2020
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb.


Bu barədə Xezerxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.


Sevinc

Xəbər lenti

Çox oxunanlar