Xəzər Xəbər

Mövlud Çavuşoğlu: Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir

Gündəm | 09:47 • 21 Noyabr 2020
Mövlud Çavuşoğlu:

Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


O qeyd edib ki, təəssüflər olsun ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistanı açıq şəkildə dəstək verdilər:


"Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdir. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu"


Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir.

Xəbər lenti