Xəzər Xəbər

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Gündəm | 14:34 • 17 Oktyabr 2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Xəbər lenti

Çox oxunanlar