Xəzər Xəbər

Yevgeniy Mixaylov: Paşinyan Haaqa tribunalına çıxarılmalıdır

Gündəm | 13:58 • 17 Oktyabr 2020
Yevgeniy Mixaylov: Paşinyan Haaqa tribunalına çıxarılmalıdır
İrəvan açıq-aşkar terrorçu fəaliyyətlə məşğuldur. Onlar yerli əhalini vurur. 


Xezerxeber.az məlumat verir ki, bunu rusiyalı müstəqil jurnalist, millətlərarası münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov deyib.


O xatırladıb ki, Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi hərəkət edir: "O zaman mülki əhali məhv edilir, insanların başı kəsilirdi. Yalnız Xocalını xatırlamaq kifayətdir ki, onların kim olduğunu anlayasan. Təəssüf ki, dünya ictimaiyyəti hələ də buna layiqli münasibət bildirməyib. Fikrimcə, beynəlxalq təşkilatlar Ermənistana qarşı sanksiya tətbiq etməlidir. Nikol Paşinyan Haaqa tribunalına çıxarılmalıdır". 

Xəbər lenti