Xəzər Xəbər

Deputatlar tətildən qayıdır

Gündəm | 10:52 • 28 Avqust 2020
Deputatlar tətildən qayıdır

Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.


XəzərXəbər xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək.


Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.


MM-in payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.


Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.

Xəbər lenti