Xəzər Xəbər

Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilməyəcək

Gündəm | 17:54 • 11 İyun 2020
Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilməyəcək

Sərnişinlər uçuşdan ən azı 4 saat əvvəl aerovağzal kompleksinə gəlməlidirlər.

Bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasınaicazə verilmir. Aviaşirkətlərin qaydalarına əsasən, müəyyən edilən yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkündür.

Həmçinin, əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.

Sərnişinlər Azərbaycan Respublikasının hava limanlarındatətbiq edilən xüsusi qayda, prosedur, məhdudiyyət və göstərişlərbarədə uçuşu icra edən aviadaşıyıcı tərəfindən əvvəlcədən xəbərdaredilməlidir.

Bu Qaydaların tələblərini pozan şəxslər barəsindəqanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyibarədə məlumat verilir.

Xəbər lenti

Çox oxunanlar