Xəzər Xəbər

Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır - Prezidentə yazırlar

Gündəm | 16:15 • 17 May 2020
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır - Prezidentə yazırlar

Bu gün hər bir vətəndaş tam əmindir ki, Azərbaycan Prezidenti daim onun yanındadır və daim onu düşünür.

Bunu Hacıqabul rayonunun Atbulaq kəndinin sakini Babək Ramazanov Prezident İlham Əliyevə ünvanladığı məktubda deyir.

O məktubunda dövlətimizin başçısına minnətdarlıq edərək yazır:

"Hörmətli cənab Prezident, COVID-19 pandemiyası ilə əlaqədar gördüyünüz işlərə görə Sizə həm öz adımdan, həm də ailəm adından dərin təşəkkürümüzü bildiririk. Cənab Prezident, dünya iqtisadiyyatının demək olar ki, çökdüyü bir dövrdə Azərbaycan vətəndaşının sağlamlığını düşünərək atdığınız addımları hər bir vətəndaş kimi biz də yüksək qiymətləndiririk. Pandemiya ilə əlaqədar olaraq qısa zamanda yeni laboratoriyaların quraşdırılması, süni nəfəs aparatlarının ölkəmizdə gətirilməsi, həmçinin qoruyucu tibbi maska və sport istehsalı müəssisələrinin istifadəyə verilməsi, ölkə vətəndaşlarının bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi Sizin siyasətinizin növbəti uğurudur. Həmçinin pandemiya ilə əlaqədar işsiz qalan vətəndaşlara birdəfəlik ödənişin edilməsi Azərbaycan vətəndaşına verdiyiniz yüksək qiymətin əyani sübutdur. Bu gün hər bir vətəndaş tam əmindir ki, Azərbaycan Prezidenti daim onun yanındadır və daim onu düşünür.

Cənab Prezident, sağlamlığımız üçün atdığınız bütün addımlara görə bir daha Sizə dərin minnətdarlığımızı bildirir, Uca Tanrıdan sağlam və uzun ömür diləyirik. Allah Sizi və ailənizi qorusun!".

Xəbər lenti