Xəzər Xəbər

Əksər şəhər və rayonlarda restoran, kafe və çay evlərinin fəaliyyəti bərpa edilir

Gündəm | 18:07 • 1 May 2020
Əksər şəhər və rayonlarda restoran, kafe və çay evlərinin fəaliyyəti bərpa edilir

Azərbaycanda əksər şəhər və rayonlardarestoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur.

XəzərXəbər xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).

Xəbər lenti