Xəzər Xəbər

İranla sərhəddə silahlı insident: DSX sərhəd pozucularını zərərsizləşdirdi (FOTO)

Gündəm | 15:05 • 20 Mart 2020
İranla sərhəddə silahlı insident: DSX sərhəd pozucularını zərərsizləşdirdi (FOTO)

zərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-dən XəzərXəbər-ə bildirilib ki, 2020-ci ilin 19 mart tarixində 22:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açıl­ıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olun­ub və hər 2 sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucu­larının birinin üzərində "Vinçester” tipli tüfəng, digərinin üzərində "Glock” markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub.

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkar olunub.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılıblar.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd po­zucularının İİR vətəndaşları olmaları müəyyən edilib.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış ke­çirib, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar verib, silahlı sərhəd pozu­cularının zərərsizləşdiril­mə­sində və narkotik qaçaqmalçılığının qarşısı­nın alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Xəbər lenti