Xəzər Xəbər

ATƏT PA-nın müşahidəçisi: "Hər hansı pozuntu qeydə alınmayıb"

Gündəm | 10:19 • 9 Fevral 2020
ATƏT PA-nın müşahidəçisi: "Hər hansı pozuntu qeydə alınmayıb"

"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq".

Bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.

Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Yekun nəticələr barədə danışmaq hələ tezdir, çünki səsvermə yeni başlayıb".

Xəbər lenti