Xəzər Xəbər

Azərbaycanla Rusiya 3 sənəd imzalayıb

Gündəm | 14:33 • 9 Dekabr 2019
Azərbaycanla Rusiya 3 sənəd imzalayıb

Dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində 3 sənəd imzalanıb.

Xezerxeber.az xəbər verir ki, tədbirdə iclasın protokolu, Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində əməkdaşlıq proqramı və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.

Xəbər lenti