Xəzər Xəbər

Azərbaycanda yeni zavod istifadəyə veriləcək

Gündəm | 09:47 • 3 İyul 2019
Azərbaycanda yeni zavod istifadəyə veriləcək

Azərbaycanda iki dərman zavodunun tikilməsi ilə bağlı işlər davam etdirilir.

Bunu Trend-ə Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir.

Nazir müavininin sözlərinə görə, zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək.

Qeyd edək ki, dərman zavodları Pirallahı Sənaye Parkında tikilir.

Xəbər lenti

Çox oxunanlar