Xəzər Xəbər

Bakı-Sumqayıt qatarları yolda qaldı

Gündəm | 20:47 • 3 İyul 2018
Bakı-Sumqayıt qatarları yolda qaldı
Enerji təchizatında yenidən yaranan fasilə ilə əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yenidən problem yaranıb.


XəzərXəbər xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.


O bildirib ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 3 qatar enerji fasiləsi zamanı yolda qalıb.

"Qatarları dartaraq ən yaxın olan Biləcəri və Bakı sərnişin vağzalına gətiriblər. Sərnişinlərin hər biri təxliyə olunub və onların ödəniş haqları geri qaytarılıb",- deyə S.Qədirova qeyd edib.

Xəbər lenti