Xəzər Xəbər

Hərbi məhsullarımızın ixrac həcmi 2 dəfə artıb

Gündəm | 12:46 • 27 Aprel 2018
Hərbi məhsullarımızın ixrac həcmi 2 dəfə artıb
2018-ci ilin birinci rübündə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində istehsal olunan məhsulun 89 faizi müdafiə və xüsusi təyinatlı, 11 faizi isə mülki təyinatlı məmulatlar təşkil edir.


XəzərXəbər xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında çıxış edən nazir Yavər Camalov bildirilib. Onun sözlərinə görə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

Belə ki, istehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

Xəbər lenti

Çox oxunanlar