Bu gündən Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başlayıb.
XəzərXəbər xəbər verir ki, Nazirlər Kabinetinin
qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz
bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası
istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26
mart qeyri-iş günü olacaq.
Beləliklə, Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.