Xəzər Xəbər

Qaçqın və məcburi köçkünlər üçün 487 milyon manat ayrılacaq

Gündəm | 17:51 • 22 Noyabr 2017
Qaçqın və məcburi köçkünlər üçün 487 milyon manat ayrılacaq

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub.

Xezerxeber.az məlumat verir ki, bu barədə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bu göstərici cari illə müqayisədə 50 faiz və ya 161 milyon manat çoxdur.

Xəbər lenti

Çox oxunanlar