Xəzər Xəbər

Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində konteynerlərin daşınma imkanları araşdırılır

Gündəm | 10:38 • 7 Noyabr 2017
Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində konteynerlərin daşınma imkanları araşdırılır

Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırması müzakirə edilir.

Xezerxeber.az məlumat verir ki, noyabrın 7-də Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqaməti inkişafı üzrə İşçi Qrupunun dördtərəfli görüşü keçirilir.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri müavini İqbal Hüseynov, "Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin birinci müavini İqor Şilov və İran Dəmir Yolu İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edir.

Tədbirdə "Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətədavamlı tariflərin yaradılması", "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması", "Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi, həmçinin inventar parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması" və digər məsələlər müzakirə edilir.

İki gün davam edəcək tədbirin sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.

Xəbər lenti