Xəzər Xəbər

Azərbaycan Premyer Liqasının yeni titul sponsoru müəyyənləşib.

Gündəm | 18:59 • 14 Sentyabr 2012
Azərbaycan Premyer Liqasının yeni titul sponsoru müəyyənləşib.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 19-da “Topaz” şirkəti ilə rəsmi müqavilə imzalanacaq. “Park İnn” otelində keçiriləcək tədbir saat 15.00-da başlanacaq. Musayev anlaşmanın müddəti və çempionatın yeni adının mərasim vaxtı açıqlanacağını söyləyib.

Qeyd edək ki, ötən 3 mövsümdə Azərbaycan Premyer Liqasının titul sponsoru Unibank Kommersiya Bankı olub.

Xəbər lenti