Xəzər Xəbər

Paşinyan: "Bizə yeni konstitusiya lazımdır"

Dünya | 17:25 • 5 İyul 2025
Paşinyan: "Bizə yeni konstitusiya lazımdır"

"Ermənistana yeni konstitusiya lazımdır".

Xezerxeber.az erməni mediasına istinadən məlumatına görə, bunu bu gün ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın əsas qanununun qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var. Yeni əsas qanun müasir Ermənistanın aktual siyasi və sosial reallığını əks etdirməlidir. Bizə ölkəmizdə artıq bu gün mövcud olan reallıqlara uyğun konstitusiya lazımdır", - deyə Ermənistan hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, konstitusiya ilə “real Ermənistan” ideologiyası kəsişir. “500 illik tariximizdən fərqli olaraq, indi başqa reallıq mövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunu şərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yeni konstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraq göstərməlidir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Danilyan yeni konstitusiyaya ehtiyac olduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarını bildirmişdi.

Xəbər lenti

Çox oxunanlar