Xəzər Xəbər

İranın Ali Rəhbərinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir Katzdan şok açıqlama

Dünya | 14:28 • 19 İyun 2025
İranın Ali Rəhbərinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir

İsrailin müdafiə naziri İsrael Katz növbəti dəfə İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneini hədələyib.

Xezerxeber.az“ynet”ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri hədəni İranın hədəfə aldığı Holon bölgəsinə səfəri zamanı yerli mediaya açıqlamasında səsləndirib.

“İsrailin məhvini əlində bayraq edən Xamenei kimi diktator mövcudluğunu davam etdirə bilməz. O, mövcud olmağa davam edə bilməz”, - nazir deyib.

Katz Xameneini “müasir dövrün Hitleri” adlandıraraq əlavə edib ki, İranın Ali Rəhbərinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir.

 

Xəbər lenti