Xəzər Xəbər

Belarus Ukrayna münaqişəsinin həlli üçün platforma təklif edib

Dünya | 15:00 • 10 İyun 2025
Belarus Ukrayna münaqişəsinin həlli üçün platforma təklif edib

Belarus Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlar platforması təklif edib.

Xezerxeber.az xəbər verir ki, Belarusun xarici işlər naziri Maksim Rıjenkov bunu “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Belarus həmişə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Biz bu münaqişəyə son qoyulması yollarını tapmaq üçün platformamızı təklif etmişik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, çoxsaylı və uzunmüddətli əlaqələri olan Ukrayna ilə Rusiya arasında münaqişənin həlli zamanı Belarus ərazisi əlverişli meydança ola bilər.

Xəbər lenti