Los-Ancelesdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan qanunsuz mühacirlərə dəstək üçün təşkil olunan və bir neçə gündür davam edən etiraz aksiyalarının iştirakçıları mağazaları dağıtmağa və avtomobilləri yandırmağa başlayıblar.
Xezerxeber.az xəbər verir ki, aksiya iştirakçıları, həmçinin divarları, plakatları, yolları və abidələri boyalarla rəngləyir və digər vandalizm aktları həyata keçirirlər. Bundan öncə səs qumbaraları və rezin güllələrlə nümayişləri dağıtmağa çalışan polis hazırda baş verənlərə müdaxilə etmir.
Eyni zamanda, etirazçılar şəhərin küçələrində barrikadalar qurmağa başlayıblar. Onlar bunun üçün zibil qutularından və avtomobil şinlərindən istifadə edirlər. Aksiya iştirakçıları polis maşınlarına müxtəlif əşyalar da atırlar.
Bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp etiraz aksiyalarını dağıtmaq üçün Los-Ancelesə ordu hissələri yeritməyə çağırıb.