Xəzər Xəbər

Ukraynanın Odessa şəhərinə dron hücumu olub, ölənlər və xəsarət alanlar var FOTO

Dünya | 11:38 • 10 İyun 2025
Ukraynanın Odessa şəhərinə dron hücumu olub, ölənlər və xəsarət alanlar var

İyunun 10-una keçən gecə Ukraynanın Odessa şəhəri dron hücumuna məruz qalıb.

Xezerxeber.az Ukrayna Baş Prokurorluğuna istinadla xəbər verir ki, Rusiyaya məxsus pilotsuz təyyarələrin Odessaya hücumu nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin olaraq 10-dan çox zərbə dronundan istifadə edildiyi müəyyənləşib.

Hava hücumu zamanı yaşayış binalarına, doğum evinə, təcili tibbi yardım məntəqəsinə, özəl tibb klinikasına, idman kompleksinə, zooparka, vağzal binasına və avtomobillərə ziyan dəyib.

Yoxlamalar davam etdirilir, dağıntının və ziyanın tam siyahısı hazırlanır.

Xəbər lenti