Xəzər Xəbər

Rusiya ilə Ukrayna arasında hərbi əsirlər mübadilə edilib

Dünya | 16:00 • 9 İyun 2025
Rusiya ilə Ukrayna arasında hərbi əsirlər mübadilə edilib

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İstanbulda əldə olunan razılaşmaya əsasən, 25 yaşına çatmamış rusiyalı hərbi əsirlərin birinci qrupu Kiyevin idarə etdiyi ərazidən geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri Kiyevə təhvil verilib.

Xəbər lenti