Xəzər Xəbər

Fransa gəmisi Rusiya donanmasını müşahidə etmək üçün Baltik dənizinə gəlib

Dünya | 14:50 • 23 May 2025
Fransa gəmisi Rusiya donanmasını müşahidə etmək üçün Baltik dənizinə gəlib

Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Dupuy de Lome” kəşfiyyat gəmisi Rusiya donanmasını və yük daşımalarını müşahidə etmək üçün Baltik dənizinə gəlib.

Xezerxeber.az xəbər verir ki, Estoniya mediasının məlumatına görə, Fransanın kəşfiyyat gəmisi Rusiyanın kölgə donanmasını izləmək məqsədi daşıyan ilk missiyasına başlayıb. “Dupuy de Lome” mayın 21-dən etibarən gəmiçilik zolaqlarının patrulunu həyata keçirəcək.

Qeyd edək ki, Fransa gəmisinin Baltik dənizinə gəlişi mayın 20-də Helsinki limanında onun fotosunu çəkən finlandiyalı müşahidəçi Toni Mikkola tərəfindən də təsdiqlənib.

Xəbər lenti