Xəzər Xəbər

İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib

Dünya | 15:26 • 21 May 2025
İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib

Bu gün İrəvanda Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun mətbuat konfransı keçirdikləri respublika Xarici İşlər Nazirliyinin binası qarşısında Rusiya əleyhinə  etiraz aksiyası təşkil olunub. Aksiya polisin müdaxiləsi ilə dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, etiraz aksiyasını Ermənistanın Avropa İttifaqına daxil olması və Rusiya ilə münasibətləri kəsməsi ideyasını dəstəkləyən “Avroblok”un nümayəndələri təşkil ediblər. Aksiyada onlarla insan iştirak edirdi.

Xüsusi təyinatlı polis bölmələri əllərində Rusiya əleyhinə plakatlar tutan etirazçıları sıxışdıraraq Ermənistan Xarici İşlər Nazirliyinin binasından uzaqlaşdırıb.

Xəbər lenti

Çox oxunanlar