Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Birləşmiş Krallıqda vətəndaşlarının əsassız və siyasi motivli həbsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Xezerxeber.az xəbər verir ki, yerli medianın məlumatına əsasən, İran XİN vətəndaşlarının saxlanmasını və onlara qarşı sübutsuz ittihamların irəli sürülməsini beynəlxalq hüququn norma və standartlarına və insan hüquqlarına zidd olduğunu bildirib.
İranlı diplomatların sözlərinə görə, saxlanılan şəxslərə konsulluqla əlaqə yaratmaq imkanı və müdafiə hüququ verilməyib. Tehran Londonun hərəkətlərini İrana təzyiq cəhdi və siyasi motivli həbs hesab edir.
Qeyd edək ki, mayın 17-də Böyük Britaniyanın bir neçə şəhərində dörd İran vətəndaşı saxlanılıb. Elə həmin gün azadlığa buraxılan iranlılara qarşı gələcəkdə sanksiyaların tətbiqi istisna edilmir.