İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi və imzalanması üçün səy və köməyini əsirgəməyəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi Ermənistan Ali Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə bildirib.
Nazir vurğulayıb ki, İran İslam Respublikası Ermənistan və Azərbaycanla konstruktiv münasibətlərə malikdir:
“İran davamlı sabitlik və təhlükəsizliyin bərqərar olması və regionda hərtərəfli inkişaf və tərəqqi prosesinə töhfə vermək üçün iki ölkə arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsinə çağırır”, - Araqçi qeyd edib.