Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başa çatıb.
Ankarada keçirilən görüş təxminən 3 saat davam edib.
14:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, mayın 15-də Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
Xezerxeber.az xəbər verir ki, yüksəksəviyyəli danışıqlar Prezident Kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.
İstanbulda Dolmabahçe sarayında keçirilən Rusiya-Ukrayna danışıqlarının bərpası fonunda Volodimir Zelenski Türkiyədə işgüzar səfərdədir.
Bu gün səhər saatlarında Türkiyə Prezident Administrasiyası Ərdoğan və Zelenski arasındakı görüşü “Rusiya-Ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.
"Türkiyə Prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahreddin Altunun paylaşımında deyilir.
"Anadolu" agentliyinin yazdığına görə, görüşdə milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Prezident Ərdoğan və Zelenski arasında baş tutan ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında işçi nahar veriləcək.
Ərdoğanın Zelenski ilə görüşündə Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərinin müzakirə ediləcəyi gözlənilir.
Səfər çərçivəsində keçiriləcək ikitərəfli və heyətlərarası danışıqlarda prezident Ərdoğanın Türkiyənin atəşkəs və sülh danışıqlarına gecikmədən başlamaq üçün yanaşmasını vurğulayacağı gözlənilir.