Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışlarında iştirakdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunacaq.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Nazirlər Kabinetinin iclasında təsdiqlənib.
Toplanışlarda iştirakdan yayınanlara əməkhaqqının 20 misli miqdarında cərimə və ya iki aydan üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.