Xəzər Xəbər

Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazır olduğunu BƏYAN EDİB

Dünya | 21:56 • 11 May 2025
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazır olduğunu

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

“Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə edə bilməyəcəkləri səbəblər axtarmayacaqlar”, - deyə o bildirib.

Xəbər lenti