Xəzər Xəbər

İran yenidən Omanda ABŞ-la danışıqlar aparmağa razılaşıb

Dünya | 19:16 • 9 May 2025
İran yenidən Omanda ABŞ-la danışıqlar aparmağa razılaşıb

İran ABŞ ilə əvvəllər təxirə salınmış nüvə müzakirələrinin dördüncü raundunu Omanda keçirməyə razılaşıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, İranın danışıqlar qrupunun üzvü bu xəbəri təsdiqləyib.

Bundan əvvəl bildirilib ki, İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda baş tutacaq.

Xəbər lenti

Çox oxunanlar